Madeleine Albright. AP
İlk qadın olan ABŞ dövlət katibi Madlen Olbrayt vəfat edib
novayagazeta.ru:ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat edib. Bu barədə CNN Olbrayt tərəfindən təsis olunmuş Albright Qrupunun məlumatına istinadla məlumat verib.
Olbraytın Tvitterdəki səhifəsində onun qohumlarının müraciəti də dərc olunub. Onlar ABŞ-ın keçmiş dövlət katibinin xərçəngdən dünyasını dəyişdiyini bildiriblər.
"O, ailə və dostların əhatəsində idi. Bu gün biz sevimli anamızı, nənəmizi, bacımızı, xalamımızı və dostumuzu itirmişik",— deyə bəyanatda bildirilir.
1997-ci ildə Olbrayt ABŞ-ın dövlət katibi vəzifəsində ilk qadın olub. 1992-ci ildə o, Bill Klintonun məsləhətçisi oldu, sonra isə ABŞ-ın BMT yanında daimi nümayəndəsi təyin edilib.
2016-cı ilin mart ayında RF Ədliyyə Nazirliyi Rusiyada arzuolunmaz xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına Madlen Olbraytın rəhbərlik etdiyi "Beynəlxalq münasibətlər milli demokratik İnstitutu" nı daxil edib. O bu təşkilatı 1983-cü ildə yaradıb. İnstitut demokratiyanın inkişafı, dünyanın müxtəlif ölkələrində siyasi və vətəndaş təşkilatlarının dəstəyi ilə məşğul olur.—0—
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz