35 mln. manatın mənimsələnməsini Hesablama Palatası kiçik maliyyə pozuntusu (unutqanlıq) kimi qiymətləndirib
«Şirvan regional elektrik şəbəkəsi” bir mövsümdə dövlət büdcəsinə 35 mln manat ($ 44,64 mln) az vəsait ödəyib.
Azərbaycan Respublikası Hesablama Palatasının ötən il üçün hesabatına əsasən, Vergilər Nazirliyi ilə birgə audit zamanı 3 iri oğurluq hadisəsi aşkarlanıb. Birinci halda, 4,7 mln, ikinci halda 17 mln, üçüncü halda 13,3 mln manat oğurlanıb.
Pozuntuya səbəb maliyyə intizamına nəzarətin olmamasıdır, deyə AHP ekspertləri bildirir. Vergidən yayınmaya iri debitor borcu, vergi ödənişində gecikmə və real mənfəətin gizlənməsi kömək edib.
Audit bunu kiçik maliyyə pozuntusu (unutqanlıq) kimi qiymətləndirib, rəhbərliyə tapşırıb ki, borcu qısa müəddətə ödəsin. --17D—
-
- Siyasət
- 2 May 2014 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz