Aİ Azərbaycanda vergiödəyicilərinin müdafiəsi üzrə müstəqil orqanın yaradılmasını dəstəkləyəcək
Azərbaycanda vergiödəyicilərinin hüquqlarının müdafiəsi institutunun təsis edilməsi TAIEX (Avropa Komissiyası Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti) tərəfindən yaradılan ekspert missiyasının Bakı səfərinin əsəs məqsədidir.
Səfər zamanı Aİ ekspertləri Azərbaycan Vergilər Nazirliyinin nümayəndələri ilə vergiödəyicilərinin hüquqlarının qorunması üçün müstəqil orqanın formalaşdırılması və fəaliyyətilə bağlı ideyaları bölüşəcəklər. Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Bu cür orqan milli qanunvericiliyin, normativ müddəalar və keyfiyyət standartlarının Aİ üzvləri ilə yaxınlaşdırılması məsələsində tərəfdaş ölkələrə dəstək üçün nəzərdə tutulub.
“Şərq tərəfdaşlığı” çərçivəsində TAIEX aləti Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna ilə işləyir.-02D-
-
- İqtisadiyyat
- 17 İyun 2016 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz