AİB TANAP layihəsinə 1 mlrd avro ayıracaq
Avropa İnvestisiya Bankı TANAP kəmərinin tikintisinə 1 mlrd avro ayıracaq, deyə Bloomberg bankın vitse-prezidenti Pim van Ballekoma istinadən bildirib.
Ballekomun sözlərinə görə, bu vəsait "BOTAŞ" şirkətinin TANAP-dakı payının maliyyələşdirilməsi üçün ayrılacaq. Bundan başqa, o, Dünya Bankının da TANAP-a maliyyə vəsaiti ayıra biləcəyini əlavə edib.
"İlk tranşın isə bu il avqustun sonuna qədər ayrılacağı planlaşdırılır", - deyə o qeyd edib.
Qeyd edək ki, TANAP "Şahdəniz" qazının Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir.
Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək.
Kəmərin 2018-ci ildə işə salınacağı, ilk qazın Avropaya 2020-ci ildə çatacağı gözlənilir.
Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"-ın 30%, BP-nin 12% payı var. –0—
-
- İqtisadiyyat
- 18 Fevral 2016 02:04
-
- Siyasət
- 18 Fevral 2016 11:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz