Almanlar azərbaycanlı məmurlara iflasa uğrayan müəssisələri necə özəlləşdirməyi öyrədib
Qanunvericilik bazası olsa da, Azərbaycanda dövlət müəssisələrinin müflis elan edilməklə satışı metodu tətbiq olunmur. Alman ekspertlər ötən həftə Cəlilabad rayonunda seminar keçirərək müəssisələrin, habelə dövlət müəssisələrinin müflis elan olunması və ləğv edilməsi vasitəsilə özəlləşdirilməsi üzrə Avropa təcrübəsindən danışıblar.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkil etdiyi seminarda Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq üzrə layihə rəhbəri Vulf Şmider Almaniya və başqa Aİ ölkələri nümunəsində müəssisələrin özəlləşdirmə qabağı restrukturizasiyası planının hazırlanması, ləğvetmə prosesinin təşkili, müflis müəssisənin qalıq dəyərinin qiymətləndirilməsi barədə danışıb. Ekspert özəlləşdirmənin gedişində iflas və ləğv etmə metodları arasında seçim edilməsi ilə bağlı təcrübəni bölüşüb.
Azərbaycanda bir qayda olaraq kreditorlar qarşısında öhdəliyi yerinə yetirə bilməyən müəssisələr açıq hərracla özəlləşdirilir. Bu zaman alıcıları obyektion maliyyə vəziyyəti yox, yeri maraqlandırır. 08D
-
- İqtisadiyyat
- 12 Noyabr 2012 11:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz