ARDNŞ Kalmıkiyaya can atır
Rusiyanın “Rosnedra” strukturu Xəzər sahəsinin (Kalmıkiya) karbohidrigenlərindən istifadə hüququ üzrə hərracı baş tutmamış elan edib, deyə Kalmıkiya Respublikasının Yerin Təkindən İstifadə İdarəsi məlumat verir.
Buna səbəb odur ki cəmi bir sifariş olub - “SOCAR Rus” MMC-dən.
Əvvəllər Azərbaycan şirkəti başqa ölkələrin yeraltı sərvətlərinə maraq göstərməyib, neft emalı layihələrinə investisiya qoyub.
Kalmıkiyada burda işləyən Shell, “Tatneft” və “Lukoyl”un rəyinə görə, 5 min metrdən dərində ciddi karbohidrogen ehtiyatı ola bilər. Burda çıxarılan nefti az xərclərlə Mahaçqala limanı və Bakı vasitəsilə nəql etmək olar. Perspektivdə “Lukoyl”un tikilən neft kəmərindən də istifadə mümkündür. Bu kəmər Xəzərin offşor yataqlarını Xəzər boru kəməri konsorsiumunun Qazaxıstandan Novorossiysk gedən kəməri ilə birləşə bilər, – deyə http://rusenergy.com məlumat verir.
* “SOCAR Rus”un iddia etdiyi Xəzər sahəsinin ərazisi 100,4 kv km, ehtiyat proqnozu С1 kateqoriyası ilə 4,697 mln ton neftdir. İstifadə üçün ilkin ödəniş 516,5 mln rubl təşkil edirdi. --12D--
-
- Söz istəyirəm
- 1 İyul 2013 13:25
-
- İqtisadiyyat
- 1 İyul 2013 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz