BP: ТАР-la NABUCCO arasında böyük kommersiya fərqi vardı
Transadriatik qaz kəməri ilə Nabucco West arasında qazın qiyməti və çatdırılma xərci arasında böyük fərq vardı, deyə BP-nin “Şahdəniz” üzrə vitse-prezidenti Al Kuk jurnalistlərə bildirib.
"ТАР-la NABUCCO arasında qazın qiyməti və çatdırılma xərci arasında böyük kommersiya fərqi vardı. Layihələr arasında başqa fərqlər də var idi", - deyə Kuk bildirib.
Onun sözlərinə görə, 4 ildə marşrut seçimi üzrə 10-dan çox varianta baxılıb. Qərarlar 8 meyar əsasında verilib.
Yekunda səhmdarlar qərar qəbul edib. Kukun sözlərinə görə, TANAP və TAP vasitəsilə TAP üzvü olan ölkələrə qazı sürətlə nəql etmək mümkün olacaq. Həmçinin başqa ölkələrə qaz çatdıracaq intenkonnektorlar üzrə iş gedir.
"Bu gün "Şahdəniz-2" üzərində işləyirik, ona 40 mlrd dollar investisiya qoyulacaq", - deyə Kuk bildirib.
Onun sözlərinə görə, İtaliya və Yunanıstanla qaz alışı üzrə danışıqlar başa çatıb. Bundan əlavə, Bolqarıstanla Yunanıstan-Bolqarıstan intenkonnektorunun tikintisi üzrə danışıqlar gedir, onu ТАР-a qoşmaq planlaşdırılır.
Bir neçə həftəyə TAP-da iştirak payı barədə qərar qəbul ediləcək, deyə Kuk qeyd edib.
"Müxtəlif ölkələr İtaliyada qaz almaq istəyir. Təkliflərə baxacağıq və bu ölkədən şimala qaz nəqlində maraqlıyıq", - deyə Kuk bildirib. --0--
-
- İqtisadiyyat
- 1 İyul 2013 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz