Avtomobil idxalı minimuma düşüb
2015-ci ilin avqustundan Azərbaycana 1 680 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu, iyul göstəricisindən 8,5% azdır. Bu barədə Gömrük Komitəsi məlumat verir. Bu, ölkədə işgüzar aktivliyin azalması fonunda baş verir.
İlin əvvəlindən müxtəlif təyinatlı 21 147 avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 22 149 ədəd azdır.
Deyilən dövrdə xaricdən 18 820 ədəd minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövründəkindən (39 198 ədəd) iki dəfə azdır.
İlin əvvəlindən 686 avtobus gətirilib. Bu, 2014-cü ilin 7 ayındakından 3 dəfə azdır. Bunların yarısı dövlət büdcəsinin vəsaitləri ilə alınıb və I Avropa Oyunları zamanı idmançı və azarkeşlərə xidmət edib. “BakuBus” MMC (http://bakubus.az/) bildirir ki, bu avtobusların bir hissəsi 3 marşurtda işləyir, qalanı noyabrın I yarısında istismara veriləcək.
Dövlətstatkoma görə, ilin əvvəlindən Gəncə və Naxçıvan avtomobil zavodlarında 1719 ədəd avtonəqliyyat vasitəsi (traktor, kommunal texnika, yük və minik avtomobili) yığılıb.--08D--
-
- İqtisadiyyat
- 1 Oktyabr 2015 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz