Açiq mənbələrdən foto.
AZAL 9 yeni “Boeing 787 Dreamliner” almağı planlaşdırır
Bakı/14.10.21/Turan: AZAL Dövlət Şirkəti yeni “Boeing 787 Dreamliner” təyyarələri almağı planlaşdırır. O bu barədə oktyabrın 14-də dövlət şirkəti rəhbəliyinin "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrində vitse-prezidenti Monte Freyzer ilə danışıqları zamanı bildirib. Görüşdə həmçinin Boeing-in satış üzrə direktoru Volkan Eser də iştirak edib.
AZAL-ın mətbuat üçün məlumatında qeyd edildiyi kimi, həmsöhbətlər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
Müvafiq təklif baxılmaq üçün Azərbaycan İnvestisiya Holdinqinə təqdim olunacaq. Hazırda AZAL iki “Boeing 787-8 Dreamliner” istismar edir.
Qeyd edək ki, bir gün öncə AZAL 2030-cu ilə qədər 20 yeni “AirBus” təyyarəsinin alınacağı barədə planlarını açıqlayıb.—06D
-
- Siyasət
- 14 Oktyabr 2021 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz