Açiq mənbələrdən foto.
Azərbaycan 3 rübdə neft ixracından gəlirlərini 1,6 dəfə artırıb
Bakı/19.10.22// Turan: 2022-ci ilin yanvar-sentyabr aylarında bəyan edilmiş Azərbaycan neftinin ixracı 19 milyon 514 min 162,77 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, hesabat dövründə ixrac olunmuş neftin dəyəri 14 milyard 897 milyon 429,93 min ABŞ dolları (artım 60,1%) təşkil edib.
Gömrük məlumatlarına əsasən, yanvar-sentyabr aylarında Azərbaycan orta hesabla bir barel nefti xarici bazarlara 103,16 dollar qiymətinə çatdırıb.
Hesabata əsasən, deyilən dövrdə Azərbaycanın ümumi ixrac strukturunda neftin payı 50,46% (2021-ci ilin yanvar-sentyabr aylarında 63,59%) təşkil edib.
Hesabat dövründə 27 ölkə Azərbaycan nefti alıb. Onların arasında İtaliya əsas alıcı olaraq qalır. 2022-ci ilin yanvar-sentyabr aylarında bütün “qara qızıl” ixracının 38,7%-ni bu ölkə alıb. İtaliya ilə yanaşı, ilk 3 alıcıya Hindistan və İsrail də daxildir. - 0 -
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz