Azərbaycan Neft Fondu İtaliya Ticarət Palatasının binasını alıb
Azərbaycan Dövlət Fondu (SOFAZ) Milanda daşınmaz əmlaka yüz milyon dollar sərmayə qoymağı qərara alıb. Wall Street Journal bildirib ki, söhbət İtaliya Ticarət Palatasının alınmasından gedir.
Sövdələşmənin dəyəri dəqiq məlum deyil, lakin üç alıcı tərəfindən ümumi məbləği 380 mln. dollar həcmində üş obyektin alınmasının tərkib hissəsidir. Digər iki alcı Qətər və BƏƏ fondlarıdır.
Bundan öncə SOFAZ Böyük Britaniya, Fransa, Rusiya, Cənubi Koreya və Yaponiyada bahalı daşınmaz əmlak alıb. Bundan nə qədər gəlir əldə olunduğu məlum deyil.
Qeyd edək ki, neft gəlirlərinin və Dövlət Neft Fondunun aktivlərinin azalması fonunda bu cür sərmayələr ən azı məntiqsiz görünür. SOFAZ-ın saytındakı məlumata görə, 2015-ci ildə fondun aktivləri 37,1 mlrd. dollardan 34,74 mlrd. dollaradək azalıb.-02D-
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 14:37
-
- İqtisadiyyat
- 6 Yanvar 2016 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz