Azərbaycanın ticarəti 15 ölkəyə yönəlib
Bu ilin 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin 80%-i ($11,7 mlrd) 15 ölkənin payına düşüb. İxrac strukturunda daha aktiv ticari tərəfdaş ölkələrin 15-nin xüsusi çəkisi 88%-ə çatır, deyə Gömrük Komitəsində Turan-a bildiriblər.
Beş ölkə ilə (İtaliya, Rusiya, İndoneziya, Almaniya və Tailand) ticari əlaqələrdə əmtəə dövriyyəsi $1 mlrd-ı keçib. Yalnız Rusiya və Fransa ilə Azərbaycanın nisbi balansı var: bu ilin əvvəlindən Rusiyaya $544 mln məbləğində mal ixrac edilib, $120 mln artıq həcmdə mal idxal edilib. Fransa ilə idxal-ixrac müvafiq olaraq $334,4 mln və $394,5 mln-dur.
Rusiya xarici ticarət dövriyyəsində $1 116 mln göstərici ilə Türkiyəni ($804 mln) 39% keçib. Azərbaycana ixracatçılar strukturunda bu ölkələr birinci və ikinci yerləri tuturlar (14,3% və 13,1%).
Azərbaycanla əmtəə dövriyyəsində İtaliya ənənəvi neft alıcısı kimi $2 mlrd 426 mln və ya 16,4%-lə birincidir. 08D
-
- İqtisadiyyat
- 3 İyul 2013 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz