Azərbaycanın xarici ticarət dövriyyəsi 2% artıb
2013-cü ilin yanvar-aprelində Azərbaycanın xarici ticarət dövriyyəsi $11 567,3 mln təşkil edib. Bu, bir il öncəkindən 2% çoxdur. Xarici ticarət balansının müsbət saldosu $5 270 mln olub.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-aprelində Azərbaycan $8 419 mln məbləğində mal ixrac edib. Bu, 2012-ci ilin eyni dövründən 0,17% azdır. İxracın 43,8%-i ($3,7 mlrd) Aİ ölkələrinin payına düşür. İxracatda dövlət sektorunun payı 94,6%-dir ($8 mlrd). İxracatın 92,7%-i enerji resurslarıdır.
Bu dövrdə $3 148 mln məbləğində mal idxal olunub. Bu, 2012-ci ilin eyni dövründən 8,5% çoxdur. Aİ ölkələrindən idxal $913,4 mln və ya 29%-dir. İdxalatda dövlət sektorunun payı 29%-dir.
Bu il Azərbaycanın 132 ölkə ilə ticari əlaqələri olub. 1216adda mal ixrac edilib, 4 864 adda mal idxal olunub. İxrac-idxal əməliyyatları ilə 3834 sahibkarlıq subyekti məşğul olub. Bunun 2624-ü hüquqi şəxsdir, o cümlədən 200 müəssisə dövlət sektorunu təmsil edir.--08D—
-
- İqtisadiyyat
- 20 May 2013 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz