Azərbaycanla İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsini müzakirə edəcək
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturunun yaradılması yenidən Azərbaycanla İran hökumətlərinin gündəliyindədir. Gələn həftə iki ölkənin nümayəndə heyətləri sərhədyanı dəmiryolu kommunikasiyalarının tikintisi ilə bağlı işgüzar görüş keçirəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, 9-10 oktyabr tarixlərində Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində görüşlər keçirilməsi planlaşdırılır. Dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının son iclası 3-4 avqustda Tehranda keçirilib. Tərəflər Rusiya və İranı Azərbaycan vasitəsilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması razılıq əldə ediblər.
Bir neçə il əvvəl 3 ölkənin dəmiryolu qurumlarının rəhbərləri dəmiryolu xəttinin olmayan hissəsilərinin tikintisinin maliyyələşmə mexanizmi və tikintinin həyata keçirilməsi barədə razılığa gəliblər. Amma naməlum səbəblərdən proses dayanıb. 08D
-
- Cəmiyyət
- 3 Oktyabr 2015 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz