Bakı Beynəlxalq Hava Limanı qanuni satınalmalara başlayıb
Bakı/05.10.17/Turan: Bakı Beynəlxalq Hava Limanı fəaliyyəti dövründə ilk dəfə qanuni əsasla - müsabiqə yolu ilə keçirilmiş satınalmaların nəticəsini açıqlayıb. 2016-cı ildə Hesablama Palatası qanuni satınalma prosedurundan yayındığı üçün AZAL-ı məzəmmət etmişdi.
Avqustdan bu günə kimi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı 20-dən çox kotirovka elan edib. Bunların üçü başa çatıb və müqavilələr bağlanılıb. Tualet kağızları alınması üçün "Araz İstehsal Servis" şirkətinə 14 min 191 manat ödəniləcək. Ventilyatorlar "AGAT İthalat İhracat Dis Ticaret Limited" şirkətindən 915 avroya alınır. Birdəfəlik baxil alınması üçün "Meridian FF" şirkətinə 4 min 71 manat ödəniləcək. Sərnişin dövriyyəsi ildə 3 mln nəfər olan hava limanı üçün bunu real qiymət hesab etmək olar. Müqayisə üçün deyək ki, bu ilin iyununda Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi baxil alınması üçün fiziki şəxs Fuad Verdiyevə 16 dəfə çox - 66 min 780 manat ödəyib. --08D--
-
- Maliyyə
- 5 Oktyabr 2017 11:11
-
- İqtisadiyyat
- 5 Oktyabr 2017 11:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz