Bakı Olimpiya Stadionu hüquqi şəxs oldu
Bakı Olimpiya Stadionu hüquqi şəxs statusu alıb. Bu barədə Vergilər Nazirliyinin mətbu orqanı iyunun 1-də məlumat yayıb.
“Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı 500 mln manat müəyyən edilib. Bu idman obyektinin tikintisinə SOCAR 710 mln dollar vəsait qoyub.
Stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müddətsiz istifadəyə verilib, deyə stadionun mətbuat xidmətində Turan-a bildiriblər. Təsis sənədlərində təsisçi kimi Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib.
“Bakı Olimpiya Stadionu” MMC-nin idarəetmə aparatı 15 nəfərdən ibarətdir. Cari sanitar və başqa xidmətlərlə 30 nəfər məşğuldur. Stadionun mühafizəsinə 50 nəfər cəlb edilib. Bundan başqa, texniki və elektrik xidmətlərinin göstərilməsi üçün “Orion” şirkəti ilə müqavilə bağlanılıb.
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev əvvəllər AFFA marketinq və reklam departamentinə rəhbərlik edib.
Bakı Olimpiya Stadionunda 68,7 min oturacaq yeri var. Stadion 2015-ci ilin martında istismara verilib. 08D
-
- Cəmiyyət
- 2 İyun 2016 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz