Bakıda 8400 nəfər işini itirib
2016-cı ilin ilk rübündə Bakıda bankların və sığorta şirkətlərinin baş ofislərində və filiallarında işçilərin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2436 nəfər azalıb. Bakı Statistika İdarəsinin məlumatına görə, aprelin 1-ə paytaxtın maliyyə idarələrində 20,1 min nəfər işləyib.
Təxminən 1000 nəfər Bakıdakı rabitə və telekommunikasiya müəssisələrində işdən azad edilib. Aprelin 1-ə bu müəssisələrdə 18,2 min adam işləyirdi.
Tikinti müəssisələrində muzdla 60,9 min adam işləyir, bu isə bir il əvvəlkindən 9310 adam azdır.
Ümumilikdə aprelin 1-ə Bakıda muzdla 682,1 min nəfər işləyir, bu da ötən ilin müqayisə olunan dövründən 8400 adam azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmək müqavilələri əsasında 1,5 mln adam işləyir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz