Bank Melli İran baş direktordan sonra baş mühasibi də dəyişib
Bank Melli İranın Bakı filialı baş mühasibi dəyişib. Elxan Rəhimlinin yerinə Vüqar Mirheydərov təyin edilib. O, “Günaybank”da İH sədri olub.
Bank Melli Iran Bakı filialını 1993-cü ildə açıb. Əvvəlcə dinamik inkişaf edib, ABŞ-ın sanksiyalarından sonra aktivliyi azaldıb, Azərbaycan bazarında sezilməyib, deyə Turan qeyd edir.
Agentlik xatırladır ki, 2015-ci ilin dekabrında Bank Melli İranın Bakı filialının rəhbəri Mənuçöhr Hüseynzadə «öz arzusu ilə» vəzifədən gedib. Onu Əsgər Xəlil əvəz edib.
2015-ci ildə filailın aktivləri 19 mln manata çatıb. Avqustun əvvəlində Bakıya gələn İranın rabitə naziri Mahmud Vaezi Azərbaycan rəsmiləri ilə söhbətində yenidən bank sektorunda İranın iştirakının genişləndirilməsi məsələsinə qayıdıb.
Mahmud Vaezi ötən yay Azərbaycana səfəri zamanı Bank Melli İranın Bakı filialının passivliyindən gileylənib.
İrana qarşı sanksiyaları ləğv ediləndən sonra Vaezi təklif edib ki, Azərbaycanın bank bazarı İran üçün açılsın, İranın Azərbaycandakı $200 mln məbləğində dondurulan aktivlərindən birgə istifadə edilsin.—0—
-
- Cəmiyyət
- 4 Avqust 2016 13:46
-
- İqtisadiyyat
- 4 Avqust 2016 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz