«Bank Standart»ın əmanətçilərinə 80 mln manat kompensasiya verilib
Əmanətlərin Sığortalanması Fondu bağlanan “Bank Standart”ın əmanətçilərinə 80 mln 399 min manat kompensasiya verib, deyə Fond bildirir.
Turan-ın məlumatına görə, 19 bağlanan bankın - «Parabank», «Zaminbank», «Kredobank», «Dekabank», «Atrabank», «Qafqaz İnkişaf Bankı», «Bank of Azerbaijan», «Gəncəbank», «Texnikabank», «Bank Standard» əmanətçilərinə 345 mln 755 min manat kompensasiya verib.
Oktyabrın 17-dən həcmindən asılı olmayaraq, bütün sığortalanan əmanətlər üzrə kompensasiya verilir.
“Bank Standart”da əhalinin əmanətləri 603 mln manatdır. Bunun 460 mln manatı üzrə kompensasiya veriləcək. Dollar əmanətləri 175 mln, manat əmanətləri 172 mln-dır.
Kompensasiya əmanət olan valyutada verilir. Əmanətçinin bir neçə valyuta ilə əmanəti varsa, onlar manatla qaytarılacaq, xarici valyutanın konvertasiyası 4 oktyabr 2016-cı ildəki məzənnə ilə veriləcək.
Əmnətçilər 2017-ci ilin oktyabrına kimi kompensasiya üçün müraciət edə bilərlər. 71D
-
- İqtisadiyyat
- 17 Oktyabr 2016 11:25
-
- İqtisadiyyat
- 17 Oktyabr 2016 12:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz