BFB-nin yanvar-fevral üzrə hesabatı
İlin ilk iki ayında Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 3 mlrd 824 mln 311,41 min manat (ötən ilin 1 martı ilə müqayisədə +19%) olub.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin çoxu törəmə alətlər üzrə olub - 3 mlrd 297,12 mln manat (ötən il olmayıb). Bunun 3,23 mlrd-ı valyuta ilə, 62 mln 379,27 min manatı əmtəə ilə olub.
Qəribədir ki, dövlət qiymətli kağızları (14 mln 914,88 min manat və ya mənfi 51,1%) ilə əqdlərin hamısı Maliyyə Nazirliyinin istiqrazlarının payına düşüb (+ 2,7 dəfə).
Borc alətlərinin payı 452 mln 175,14 min manat (+67,2%) olub. AİF istiqrazlarının yerləşdirilməsi ilkin bazarda 40% azalıb - 3 mln, təkrar bazarda artıb - 372 mln 960,26 min manat (+61,7%).
Repo əməliyyatların həcmi 38 mln 104,87 min manat olub. Ötən il bu göstərici 2 mlrd 699,84 mln manat idi. --17D—
-
- İqtisadiyyat
- 11 Mart 2015 15:15
-
- İqtisadiyyat
- 11 Mart 2015 15:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz