Böyük müəssisələr audit obyekti olacaq
Azərbaycan Auditorlar Palatası apreldə “Auditor fəaliyyəti haqqında” qanunun yeni redaksiyasının ictimai müzakirəsini keçirəcək, deyə bu qurumun mətbuat xidməti bildirir.
"Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun layihəsi üzərində iş başa çatdırılı. Auditorlar Palatasının internet səhifəsində yerləşdirməklə Palata üzvlərindən və bütün maraqlı tərəflərdən qanun layihəsinə dair öz irad və təkliflərini 2014-cü il 3 aprel tarixinədək Auditorlar Palatasına təqdim etmələri xahiş olunur. anun layihəsinin müzakirəsinin 2014-cü il aprel ayının birinci ongünlüyündə Auditorlar Palatasında keçiriləcəyi nəzərdə tutulur", - deyə məlumatda bildirilir.
Qanun layihəsi hazırlanarkən 20-dən çox ölkənin audit sahəsində qanunvericiliyinin öyrənilb, beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının təklif və tövsiyələri, habelə ölkəmizin müvafiq qurumlarının irad və təkliflərinin nəzərə alınıb, - deyə sayt yazır.
"Auditor fəaliyyəti haqqında» qanun layihəsi illik icbari auditdən keçməli olan təsərrüfat subyektlərinin siyahısını, auditor şirkətlərinə tələbləri, bu fəaliyyət üçün lisenziya verilməsi və s. müəyyən edir.
"Auditor fəaliyyəti haqqında» qanun 1994-cü ildən qüvvədədir. Sahibkarlıq subyektlərinin 5%-i illik auditdən keçməlidir. --17D—
-
- İqtisadiyyat
- 4 Mart 2014 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz