Bu ilin 5 ayında cəmi 45 min daşınmaz əmlak obyekti sığortalanıb
İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri bu ilin 5 ayında daşınmaz əmlak sığortası üzrə 45 min 519 müqavilə imzalayıblar. Azərbaycanda 2 mln-a qədər yaşayış evi, mənzil, qaraj, əlavə tikili, hüquqi şəxslərin ofisləri var.
Büronun məlumatında deyilir ki, bu seqmentdə mükafatlar 5 mln 12,48 min manat olub. Ötən il 125 min 195 sığorta polisi verilib və 11 mln 392,97 min manat mükafat yığılıb.
Bu ilin 5 ayında ISB üzvləri daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 min 919 müqavilə bağlayıb 151,91 min manat mükafat əldə ediblər. Ötən il 4 min 854 müqavilə (mükafat həcmi 334 min 297 manat) bağlanmışdı.
Daşınmaz əmlak üçün maksimal tarif Bakıda 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, başqa rayonlarda 15 min manatdır.
Bu növ üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-dir. Bu il Dövlət Sığorta Nəzarəti Xidməti bu növ üzrə 150 min müqavilə proqnozlaşdırır. --17D-
-
- Siyasət
- 2 İyul 2013 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz