Açiq mənbələrdən foto.
Buta Airways qiymətləri endirir?
Bakı/14.01.22/Turan: Azərbaycanın “Buta Airways” loukosteri "Büdcə" tarifi üzrə 29 avrodan başlayan qiymətə aviabilet satışını bəyan edib. Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi, şirkətin məlumatında deyilir.
"Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Buta Airways” KİV və sosial şəbəkələrdə AZAL-ın ünvanına kütləvi tənqidlər fonunda əvvəlki minimal tarifin geri qaytarıldığını bildirib.
Buna Ermənistanın “Flyone Armenia” şirkəti tərəfindən Yerevandan İstanbula reyslərin 45 dollar səviyyəsində elan edilməsi barədə informasiya səbəb olub. Buta İstanbula biletləri 55 avrodan satırdı.
Qeyd edək ki, Buta Airways-in 29 avro həcmində minimal tarifi, çox güman ki, deklarativdir, çünki bu qiymətə bilet almaq, demək olar ki, mümkün deyil.—06D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz