CNPC SOCAR-ın layihələrində iştirak etməkdə maraqlıdır
Çinin CNPC şirkəti SOCAR-ın layihələrində iştirak etməkdə maraqlıdır, deyə Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vanq Şi Honq SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşdə bildirib.
SOCAR-ın məlumatına görə, o deyib ki, Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izləyirlər.
"Müxtəlif fondlar və ixrac-idxal bankıları Azərbaycana, xüsusilə enerji sektoruna böyük maraq göstərir", - deyə Vanq Şi Honq bildirib.
Görüş zamanı SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilib.
* CNPC – Çinin ən böyük neft-qaz şirkətidir. Mənzil-qərargahı Pekində yerləşən şirkət Fortune Global-500-də dördüncüdür.
CNPC 2002-ci ildən Salyanda “Kürsəngi” və “Qarabağlı” layihələrinə daxil olub və 50% paya malikdir. –12В--
-
- Cəmiyyət
- 1 İyun 2016 15:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz