"FINCA Azerbaijan" iri bankların birinin xidmətindən istifadə edəcək
«Paşa Bank» 3 iyuldan "FINCA Azerbaijan" qeyri-bank kredit təşkilatının istiqrazlarının satışı üzrə təmsilçidir.
Bakı Fond Birjasının məlumatına görə, FINCA Azerbaijan-ın istiqrazlarının alınmasının təşkilində bankın minimal öhdəliyi 200 min manat, maksimum gəliri 5% olacaq.
FINCA Azerbaijan ilin II yarısından 10 mln manat məbləğində istiqrazlar yerləşdirməyə başlayıb. Nominalı 1 min manat olan 10 min istiqraz buraxılıb. Gəlirlilik illik 11,5%-dir.
Anderrayter "PASHA Capital" MMC-dir. --17D—
-
- İqtisadiyyat
- 3 İyul 2013 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz