Fiskal strukturlar doqquz aylıq planların öhdəsindən gəlib
Bakı/09.10.17/Turan: Bu ilin doqquz ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 224,4 milyon manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 298,3 milyon manat və ya 6 faiz çoxdur.
Gömrükçülər də doqquz aylıq proqnozun öhdəsindən gəlib. Onlar gömrük rüsumu və vergi yığımını təxminən vergi əməkdaşları qədər artırıb - 297,9 mln manat. Yanvar-sentyabrda idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə 1 mlrd 951,6 mln manat daxil olub. Bu, 2016-cı eyni dövründəkindən 18% çoxdur.
Bu il Vergilər Nazirliyi 7 milyard 645 milyon manat, DGK 2 mlrd 250 mln manat vergi və rüsum toplamalıdır.
Ekspertlərin fikrincə, dövlət büdcəsinə mədaxilin artması üçün ciddi potensial var. Məsələn, istisadçı Qubad İbadoğlu hesablayıb ki, təkcə 10 iri ticarət tərəfdaşı üzrə 1015-ci ildə qeydiyyatdan kənarlaşdırılmış idxal əməliyyatlarından dövlət büdcəsi orta hesabla 741,4 milyon dollar - hazırkı məzənnə ilə 1,3 milyard manat itirib. 08B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz