İmtiyazlı mənzillərdə bahalı sayğaclar
Bakı/20.08.19/Turan: Avqustun 19-da "MİDA" MMC Hövsan yaşayış massivində inşa edilən mənzillərə qaz, su və elektrik sayğaclarının alınması və quraşdırılmasına dair 3 müqavilə bağlayıb.
Dövlət satınalmaları reyestrində açıqlanan məlumatlarin təhlili göstərir ki, işlərin dəyəri o qədər də ucuz deyil.
Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC açıq tenderin nəticələrinə əsasə müqavilələri üç şirkətə verib. "Qaz Oil Building" MMC qaz sayğaclarının, "RF İnşaat" MMC su sayğaclarının, "Bakelektro" ASC isə elektrik sayğaclarının quraşdırılması ilə məşğul olacaq. Bu müqavilələrin ümumi dəyəri 2 936 224 manat yaxud 1 mln. 727,2 min dollardır.
Hövsan qəsəbəsində şəhərcik 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Onlardan yeddisi on səkkiz girişli yeddi mərtəbəli, dördü isə bir girişli on mərtəbəli binadır. Bütün bu binalarda imtiyazlı təbəqəyə aid şəxslərə satılacaq 2962 mənzil var. Beləliklə, bir elektrik sayğacın alınması və quraşdırılması 407,02 manata ($239,4), qaz sayğacının -323,41 manata, ($190,2), su sayğacının - 260,85 manata ($153,4) başa gələcək. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz