İstehsalçılar Ukraynadan yumurta idxalını özləri üçün təhlükə sayır
Son illərdə ilk dəfə olaraq Azərbaycana əmtəə yumurtası gətirilməyə başlayıb. Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, Ukraynadan idxal edilən yumurta kənd təsərrüfatı yarmarkaları çərçivəsində ölkənin qərb regionlarında satılır və yerli istehsalçılar üçün real təhlükədir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda yumurta istehsalı 11,5% artıb və 1 mlrd 562,7 mln ədəd təşkil edib. Ondan 703,3 mln ədəd quşçuluq təsərrüfatlarının, qalanları ev təsərrüfatlarının payına düşür. Bununla yanaşı, bir ildə quşçuluq təsərrüfatları istehsalı 25% artırıb.
Azərbaycana cins yumurta Türkiyə, İran, Gürcüstan və Avropadan (Çexiya, Niderland, Slovakiya) idxal edilir. Bunun 83%-i Türkiyənin payına düşür. Ötən il broyler və quşçuluq fabrikləri 54,7 mln cins yumura alıb. Bu, əvvəlki ildəkindən 18,4% çoxdur.
Ötən il “Siyəzən Broyler” ASC ət istehsalının təhlükəsizliyi mülahizələrindən öz damazlıq təsərrüfatını ləğv edib. Hazırda ölkədə cins yumurtaya tələbatın 40-50%-i «Araz», «Nəzər», «Zirə» və s. müəssisələrin istehsalı hesabına təmin edilir.
DSK-nın məlumatına görə, 2013-cü ildə ölkədə 1 nəfərə yumurta istehlakı ildə 155,2 ədəd olub. İnkubasiya məqsədi ilə 90-100 mln yumurtadan istifadə edilir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz