May ayinda ərzaq məhsullarin qiyməti 0,4% artib
May ayında paytaxtda və eləcədə respublikanın digər iri şəhərlərində ərzaq məhsullarının qiymətləri orta hesabla 0,4% artıb. Qiyməti bahalaşan ərzaq məhsullarına xama-20%, pendir-5,3%, toyuq əti-3,2%, ucuzlaşan məhsullara isə kərə yağı-1,5%, şəkər tozu-5,3%, un-11,1%, aid etmək olar. İlin əvvəli ilə müqaisədə ərzaq məhsullarının qiymətində -2%, ötən ilin müvafiq dövrü ilə müqaisədə isə orta hesabla-2,7% bahalaşma qeydə alınmışdır. Mövsümlə əlaqədar olaraq isə kənd təsərrüffatı məhsullarının qiymətlərində orta hesabla 15% ucuzlaşma müşahidə edilmişdir.
Ekspertlər may ayında ərzaq məhsullarının qiymətlərindəki nisbi artımı əsasən əhaliyə göstərilən pullu xidmətinin bahalaşması ilə əlaqələndirirlər. Eləcədə xaricdən idxal olunan məhsullardakı qiymət dəyişikliyidə daxili bazarda qiymətlərin artıb azalmasına təsir göstərir. Yaxın günlərdə ərzaq məhsullarının qiymətlərində sabitliyin davam edəcəyi, mövsümlə əlaqədar olaraq isə kənd təsərrüfatı məhsullarının nisbətən ucuzlaşacağı proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 8 İyun 2013 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz