May ayinda təkrar mənzil bazarinda qiymətlər 1,1% artib
May ayında Təkrar Mənzil Bazarında (TMB) qiymətlər orta hesabla -1,1% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-1211 ABŞ dolları civarında qərarlaşıb. Ümumiyyətlə son bir ayda bazarda təklifin həcmi ötən aylara nisbətən azalıb, tələb isə nisbətən artıb. May ayı ərzində aktivlik əmsalına görə ən cəb edici rayolar Xətai, Yasamal və Nərimanov rayonları olub və onların ümumi təklif portfelindəki payı-78% yuxarı olmuşdur. Buna səbəb isə adı çəkilən ərazilərin ipoteka kreditləşməsi üçün uyğun olması və eləcədə şəhərin əlverişli mövqeyində yerləşməsidir.
May ayında otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib.
Ekspertlər may ayında qiymətlərin bahalaşmasını əsasən bazarın bu seqmentində təklifin nisbətən azalması ilə əlaqələndirirlər. Təklifin azalması isə TMB qiymətlərin bahalaşmasına səbəb olmuşdur. Eləcədə İpoteka kreditləşməsi və mənzilləri sökülmüş əhalinin yeni mənzil axtarışlarıda TMB-da qiymətlərin bahalaşmasına təsir göstərən əsas səbəblər hesab olunur. Yaxın günlərdə TMB-da sabitliyin müşahidə ediləcəyi, qiymətlərin isə əsasən sabit və bahalaşmağa meyilli olacağı proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 8 İyun 2013 14:37
-
- Siyasət
- 8 İyun 2013 15:12
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz