Naxçıvan İqtisadi Rayonunun Baş Planı hazırlanır
Naxçıvan İqtisadi Rayonunun Baş Planı hazırlanır
Bakı Dövlət Layihə İnstitutu (BŞTİ) 60 gün müddətində Naxçıvan İqtisadi Rayonu üzrə Baş Planı tərtib edəcək. İnstituta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən müvafiq əmr daxil olub.
Dekabrın 5-də tərəflər arasında vahid mənbə üsulu ilə bağlanan müqavilə imzalanıb. Bu sənədin hazırlanması üçün BŞTİ-yə 1 milyon 675,6 min manat (985,6 min ABŞ dolları) ödəniləcək.
Bundan əvvəl Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmas iqtisadi rayonları, eləcə də işğaldan azad edilmiş ərazilər üzrə https://arxkom.gov.az/sehersalma/regional-sxemler Baş Planlar edilib və təsdiq olunub.
Ümumi planlar Azərbaycan Respublikasının ərazisi və ərazi hissələri, regionlar və rayon ərazi vahidləri səviyyəsində hazırlanır. Ümumi planlarda şəhərlər və bu şəhərləri birləşdirən nəqliyyat yolları, yolboyu və ya çayboyu ərazilər - inkişaf oxları, ərazilərin abadlaşdırılması və funksional təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətləri üçün yerlər və məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilərin (meşələr, kənd təsərrüfatı təyinatlı torpaqlar, faydalı qazıntı yerləri, xüsusi mühafizə olunan təbiət əraziləri) planlaşdırılması nəzərdə tutulur. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz