Naxçıvanda yeni aqrolizinq bazası
Naxçıvanda yeni aqrolizinq bazası istifadəyə verilib. Təşkilat Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası kimi fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, Şahbuz rayonunda 4600 torpaq mülkiyyətçisinin sərəncamında 4900 hektara yaxın torpaq sahəsi var. Bunun 3400 hektarı əkinə yararlı torpaqlardır. Rayonda əkinçiliyin inkişafı üçün lazımi şərait yaradılmış, torpaq sahələrindən səmərəli istifadə təmin edilib. Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası üçün yeni bina inşa olunub, təmir sexi, gübrə və toxum anbarı yaradılıb, 12 müxtəlif təyinatlı texnika verilib.
"Yaradılan şərait rayon bazasındakı texnikalara, eləcə də Şahbuz rayonunda fermerlərə lizinq yolu ilə satılan 20-ə yaxın texnikaya vaxtında xidmət göstərilməsinə, əkin işlərinin müasir aqrotexniki tələblər səviyyəsində aparılmasına, ildə iki dəfə məhsul götürülməsinə imkan verəcəkdir. Bu da rayonda iqtisadiyyatın inkişafına və ərzaq bolluğuna şərait yaradacaqdır”, deyə anklav rəhbəri bəyan edib. --17D-
-
- İqtisadiyyat
- 7 İyun 2013 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz