Neft Fondu yerli banklarda $1,6 mlrd vəsait yerləşdirə bilər – Mövsümov
Dövlət Neft Fondu hələlik Beynəlxalq Bankda depozit həcmini artırmağı planlaşdırımır, deyə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
«Fondun qaydalarına uyğun olaraq, investisiya portfelinin 5%-i, yəni $1,6 mlrd vəsaiti yerli banklarda yerləşdirə bilərik. ABB-də illik depozit kimi $1 mlrd yerləşdirmişik. Daha milyard yarım qoymaq imkanımız var. Hələlki belə planımız yoxdur, amma bu, mümkündür. Başqa banklarda depozit açmaq planımız yoxdur», - deyə Mövsümov bildirib.
O, qeyd edib ki, ARDNF depoziti bağlamaq və ya onu uzatmaq barədə qərar qəbul etməyib.
«Bu barədə danışıqlar gedir, 4% yaxşı dərəcədir», - - deyə Mövsümov bildirib. ARDNF-nin ABB-dəki illik depozitinin müddəti 16 mart 2017-ci ildə başa çatır. –12C--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz