Açiq mənbələrdən foto.
Ombudsman jurnalist sorğusu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərinə müraciət edib
Bakı/06.04.21/Turan: Aprelin 5-ə İnsan Hüquqları Üzrə Müvəkkilin Aparatı (Ombudsman) Turan İnformasiya Agenltliyinin iddiası ilə bağlı məhkəmə qərarının icra edilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri vəzifəsini icra edən Mətin Eynullayevdən şikayəti yoxlamağı, orada qanunvericiliyin pozulması ilə bağlı qeyd olunan pozuntular aşkarlanarsa, onların aradan qaldırılması ilə bağlı tədbir görməyi xahiş edir.
2020-ci ilin sentyabr ayında Bakı İnzibati Məhkəməsi Turan İA-nin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiasını qismən təmin edib və üzərinə iddiaçıya “Bakı Neft Maşınqayırma zavodu” ASC-nin satılması ilə bağlı investisiya müsabiqəsinin qalibi barədə məlumat vermək öhdəliyi qoyub.
Lakin qurum indiyə qədər məhkəmə qərarını icra etməkdən yayınır.
İnformasiya sorğusu Əmlak Məsələləri Dövlət Xidmətinə 2019-cu ilin iyun ayında göndərilib.
Turan İnformasiya martın 11-də Agentliyi Ombudsman Səbinə Əliyevaya müraciət edərək informasiya sorğusuna cavab verilməsi ilə bağlı məhkəmə qərarının icrasına yardım etməyi xahiş edib. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz