Prezident 310 min nəfərin su təchizatının yaxşılaşdırılması barədə sərəncam verib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 15 may 2013-cü il tarixdə «Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam verib.
Sərəncama əsasən, əhalisi 310 min nəfərdən çox olan 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bu il subartezian quyuları layihələndiriləcək və qazılacaq. Bu məqsədlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılıb.
Hazırda Şabran və Şəmkirdə iki iri su anbarı tikilir. Nəticədə 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min hektardan artıq torpaqların isə əkin dövriyyəsinə daxil edilməsi mümkün olacaq.
2005-2012-ci illərdə respublikanın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 ədəd subartezian quyusu qazılıb, 221 kənddə sakinləri ekoloji təmiz içməli su ilə təmin etmək məqsədi ilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. 08D
-
- Bazarların icmalı
- 16 May 2013 13:11
-
- İqtisadiyyat
- 16 May 2013 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz