«Qara bazar» canlanır
Dollara tələbatın Mərkəzi Bank və Neft Fondu tərəfindən yetərincə qarşılanmamasının “qara bazar”da canlanmaya səbəb olub, deyə KİV məlumat verir.
Turan məlumat vermişdi ki, avqustun 18-də ARDNF 28 banka 50 mln dollar satıb.
ARDNF-nin məlumatında real tələb bildirilmir. Bank dairələrindən KİV-ə sızan məluiumata görə, 18 avqustda tələb rekord həddə – 700 mln dollar olub.
fins.az portalının məlumatına görə, avqustun 19-na dolların satış kursu 1,6850 - 1,6855 manat arasında olub. Məlumatda deyilir ki, “qara bazar”ın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar göstərir ki, “qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir.
Ekspertlərə görə, “qara bazar”ın çiçəklənməsinə səbəb valyuta mübadiləsi məntəqələrinin bağlanmasıdır.
Maraqlıdır ki, valyuta satışı zamanı hər bank öz qaydalarını qoyur, bir nəfərə 100-500 dollar/avrodan çox vəsait satmır. 75
-
- Cəmiyyət
- 19 Avqust 2016 18:59
-
- İqtisadiyyat
- 20 Avqust 2016 10:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz