Qəbul etmək tövsiyə olunur
Milli Məclisin iqtisadi siyasət komitəsi «Reklam haqqında» qanunu ikinci oxunuşda qəbul etməyi tövsiyə edib.
Sənədin müəllifi Vahid Əhmədovun sözlərinə görə, mövcud qanun 1997-ci ildə qəbul edilib və reallıqlardan geri qalır. «Sosial məsuliyyət, dövlət dili normalarının qorunmasına, spirtli içki reklamına tələb artırılmalıdır», - deyə o bildirib. O, əlavə edib ki, qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizini (əvvəllər bu 5 faiz idi) sosial reklamların təşkil etməsi nəzərdə tutulub.
Qanun layihəsində səhər saat 9-dan gecə saat 12-yə kimi sosial reklamların yayımı nəzərdə tutulub. İndiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu”. Layihədə idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir. --17D—
-
- İqtisadiyyat
- 11 Mart 2015 11:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz