Sabirabad DBZ fiziki şəxsə satılıb
Əmlak Məsələləri Dövlət Komitəsi mayın 1-də “Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin 99,92%-nin satışı üzrə investisiya müsabiqəsinin nəticələrini elan edib. Qalib elan edilən fiziki şəxsin adı açıqlanmır.
Qurumun məlumatında qeyd edilir ki, investor dövlət büdcəsinə 410 min manat köçürmək öhdəliyi götürüb.
Bir il ərzində o, zavodun modernləşdirilməsinə 1 mln 40 min manat investisiya qoyacaq. Müəssisədə DB məmulatı, istehsalı təşkil ediləcək, metallar qalvanizasiya ediləcək, 60 yeni iş yeri açılacaq.
“Sabirabad Dəmir Beton” ASC-nin nizamnamə kapitalı 821,1 min manatdır.
Müsabiqə təkliflərinə martın 29-da baxılıb. Qaliblə müqavilə bağlanması barədə məlumat bir ay sonra açıqlanıb.
Qeyd edək ki, ƏMDK investisiya müsabiqəsinin digər iştirakçısı barədə məlumat vermir. Qaydalara əsasən, investisiya müsabiqəsində ən azı iki təklifə baxılmalıdır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz