Sənaye istehsalı 0,3% azalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-may aylarında Azərbaycanda sənaye istehsalı müqayisəli qiymətlərlə 12,1 mlrd manat təşkil edib. Bu, 2015-ci ilin eyni dövründəkinn 0,3% azdır.
Sənaye istehsalının 27-i qeyri-neft sektorunun payına düşüb (3 mlrd 270 mln manat). Burda 3,5% artım qeydə alınıb. Neft sektorunda istehsal 0,8% azalıb.
Sənaye istehsalının 64,5%-i hasilat sənayesinin, 28,6%-i emal sənayesinin payına düşüb.
Sənaye istehsalının 86,4%-i bilavasitə sənaye məhsulunun payına düşüb.
Qalan 13,6% sənaye xarakterli xidmətlərdir. Mayda sənaye istehsalı 9,8% artıb.
Sənayedə qeyri-dövlət sektorunun xüsusi çəkisi 79,5%-dir. Bura həmçinin neft-qaz yataqlarının istifadəsində iştirak edən xarici şirkətlərin fəaliyyəti də daxildir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz