SOCAR DESFA üzrə əqd başa çatana qədər Yunanıstan nümayəndəliyini bağlamayacaq
SOCAR Yunanıstanın DESFA qaz operatoru pay əldə etməsi üzrə əqd başa çatana qədər Yunanıstan nümayəndəliyini bağlamayacaq. Yunanıstan KİV-i öz mənbələrinə əsasən belə bir informasiya yayıb.
Əvvəllər Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrədəki rusdilli "Naşa qazeta"ya müsahibəsində demişdi ki, SOCAR neft ucuzlaşdığı üçün Cenevrədəki rəsmi nümayəndəliyini bağlayıb. Yalnız SOCAR Trading və SOCAR Energy Switzerland ofislərini saxlayıb. Sonuncu İsveçrədəki YDM-ləri idarə edir.
Bu informasiyanı şərh edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, SOCAR-ın xaricdəki nümayəndəliklərinin bağlanması barədə qərar ötən ilin dekabrında qəbul edilib.
"Nümayəndəliklərin funksiyaları Bakı ofisi və tam SOCAR-a məxsus şirkətlərə verilib. Bu addıma səbəb neftin ucuzlaşmasıdır", - deyə Abdullayev bildirib. –0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz