SOCAR-ın Belçika Nümayәndәliyi AK-nın Şəffaflıq Reyisterində qeydiyyatdan keçib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Belçika Nümayәndәliyi Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan və idarə olunan Şəffaflıq Reyisterində qeydiyyatdan keçib. Bu haqda Turan-a SOCAR-ın Belçika nümayәndәliyindən bildiriblər.
Bu Reyisterdə qeydiyyat Aİ vətəndaşlarına SOCAR haqqında dəqiq və qərəzsiz informasiya toplanışına, habelə şirkətin maraqları, siyasəti və investisiya olunan resursları barədə ən düzgün məlumatı əldə etməyə imkanlar yaradacaqdır.
Şəffaflıq Reyisterində SOCAR-ın qeydiyyatı və Reyisterin Davranış Məcəlləsinə tam əməl edilməsi bir ictimai məsuliyyət göstəricisidir.
Beləliklə, Dövlət Neft Şirkəti Avropa Birliyi qaydaları ilə fəaliyyət göstərməsini qəbul edir və tam şəffaf şəkildə Avropa institusiyaları ilə qarşılıqlı əlaqə yaradır.
SOCAR-ın Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan Şəffaflıq Reyisterində qeydiyyatı Şirkətin Aİ proseslərində fəal iştirakını ictimailəşdirəcək və bununla SOCAR-ın maraqlarını və məqsədlərini daha geniş auditoriyaya təqdim edə bilməsi üçün müstəsna imkanlar yaradacaqdır.
SOCAR-ın Şəffaflıq Reyisterində qeydiyyatdan keçməsi, həmçinin şirkətin Avropa Parlamenti və Avropa Komissiyası ilə rəsmi qaydada əməkdaşlığını təmin edəcəkdir, deyə Nümayəndəlikdən bildiriblər.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz