«Synergy Group»un törəmə bankı ziyan üzrə ehtiyat yaradıb
“Caspian Development Bank” (“CDBBank”) ASC ilin I yarısında 4 mln 576 min manat gəlir əldə edib. Bankın əməliyyat mənfəəti 444 min manat olub, deyə maliyyə hesabatında bildirilir.
İyulun 1-i üçün bank 107 mln manat kredit verib. Bu kreditlər üzrə təkcə I yarımildə mümkün ziyan üzrə 5 mln 173 min manat ehtiyat formalaşdırılıb.
Verilən kreditlərin çoxu SOCAR-ın payına düşür. Kreditin hansı layihə üçün verildiyi açıqlanmır.
1 iyul 2016-cı il üçün CDBBankın aktivləri 120 mln manat olub. Səhmdarların kapitalı 64,2 mln manatdır.
“CDBBank” ASC-nin səhmlərinin 99,91%-i “Synergy Group”a məxsusdur. İbrahim alışov və Həsən Cəfərov da səhmdardır. Banka Əşrəf kamilov nəzarət edir. 1988-cü ildə bank “Universal Bank” adı ilə təsis edilib. 2001-ci ildə “Kövsər Bank”a çevrilib. 2014-cü ildə mülkiyyətçi dəyişib və “Caspian Development Bank” ASC adlanmağa başlayıb. 08D
-
- Cəmiyyət
- 3 Avqust 2016 18:41
-
- İqtisadiyyat
- 4 Avqust 2016 10:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz