Ukrayna kosmik sahənin inkişafında Azərbaycana yardım göstərməyə hazırdır
Ukrayna kosmik sahənin inkişafında Azərbaycana yardım göstərməyə hazırdır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko dünən kosmik sahədə ikitərəfli əməkdaşlığa həsr olunmuş mətbuat konfransında bildirib. Bu sahədə əlaqələr artıq qurulub.
Belə ki, Azərbaycan Milli Aviasiya Akademiyasının kosmosun mənimsənilməsi ilə bağlı ixtisaslar üzrə təhsil alan 60 tələbəsi Dnepropetrovski Milli Universitetinin proqramları əsasında təhsil alır.
Öz növbəsində Ukraynanın “Yujnoe” Konstruktor Bürosunun kosmik aparatlar üzrə baş konstruktoru Aleksandr Makarev qeyd edib ki, öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
O qeyd edib ki, Hindistan və Misir kimi ölkələr kosmik sahənin inkişafına Ukrayna ilə əməkdaşlıqdan başlayıblar.
A.Makarov kosmik sahədə Azərbaycanla Ukrayna arasında mümkün əməkdaşlığın perspektiv istiqamətlərini göstərib: yerin məsafədən zondlaşdırılması üzrə kosmik sistemlərin birgə yaradılması və istismarı; Azərbaycan kosmik aparatlarının Ukraynanın raket-daşıyıcılarında kosmosa buraxılması; ionosferin, yer-günəş əlaqələrinin birgə tədqiqi; peyk müşahidələri əsasında zəlzələlərin qabaqcadan xəbər verilməsi və s.—06d—
-
- Mobil Reportaj
- 8 Noyabr 2012 10:54
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 11:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz