Xalq Sığorta ili mənfəətlə başa vurub
Ötən il “Xalq Sığorta”nın mənfəəti 2 mln 204,18 min manat (+15,7%) olub.
Şirkətdən verilən məlumata görə, gəlirlər 14 mln 703,08 min manat olub. Bunun çoxu mükafatlardır (11 mln 178,97 min manat), investisiya gəlirləri 2 mln 230,91 min manat təşkil edib.
Şirkəti xərcləri 11 mln 940,02 min manat olub. Sığorta işinin aparılması 3 mln 931,3 min manat, ödənişlər 3 mln 868,38 min manat, təkrarsığorta xərcləri 3 mln 658,39 min manat olub.
Şirkətin aktivləri 5,04% artaraq 40 mln 824,29 min manat, xüsusi kapital 7,25% artaraq 32 mln 587,89 min manat, öhdəliklər 2,9% azalaraq 8 mln 236,4 min manat olub.
Şirkətin depozit hesabında vəsaitlər 32 mln 441,18 min manat (artım 3,4%) olub.
«Xalq Sığorta» 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 30 mln 372,9 min manatdır. --17D—
-
- Cəmiyyət
- 10 Mart 2015 16:13
-
- İqtisadiyyat
- 10 Mart 2015 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz