Yanvar-iyunda birja valyuta dövriyyəsi 38,8% azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin iyununda $47,224 mln və ya 37,037 mln manat olub. Bu, ötən ayla müqayisədə 20,9%, 2012-ci ilin iyunu ilə müqayisədə 53,5% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $1,764 mln, orta günlük dövriyyə $2,058 mln olub.
2013-cü ilin iyununda BBVB valyuta bölməsinin hərraclarında 11 bank iştirak edib. Hesabat ayında BEST-də 36 hərrac sessiyası keçirilib və 21 əqd qeydiyyata alınıb.
Yarım illik birja valyuta dövriyyəsi 235,45 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 38,8% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 1 USD üçün 0,01% artaraq 0,7836-dən 0,7835-ə çatıb. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7843 AZN təşkil edib. Mayda o, 0,7844 AZN idi.
2013 -cü ilin iyun ayında market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarif manatla illik 10,23% və ABŞ dolları ilə illik 11,10% təşkil edib. 90 günlük BakiBİD tarifi manatla illik 4,82% və ABŞ dolları ilə 4,50% olub.—15D--
-
- Cəmiyyət
- 5 İyul 2013 15:07
-
- İqtisadiyyat
- 5 İyul 2013 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz