Yaradılan müəssisə və təşkilatların sayı 33,3% artıb
Bu ilin 9 ayında Azərbaycanda 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artıb, deyə Dövlətstatkom bildirir.
Yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıdadır.
Bundan başqa, yanvar-sentyabr aylarında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 83094 fiziki şəxs qeydiyyatdan keçib. Bu, ötən ilin eyni dövründəkindən 56,8% çoxdur.
Qeyd edək ki, ölkədə dövlət qeydiyyatından keçmiş müəssisə və təşkilatların sayı 100 mindən çoxdur. Vergilər Nazirliyinin məlumatına görə, onların çoxu fəaliyyət göstərmir. 08D
-
- Cəmiyyət
- 12 Oktyabr 2016 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz