Müşavirədə işlərin yaxşı olduğunu dedilər, vəziyyət isə acınacaqlıdır
-
- Sual-cavab
- 6 Fevral 2021 19:22
-
- Cəmiyyət
- 6 Fevral 2021 22:45
Kənd təsərrüfatı
-
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda 924,7 min ton kartof istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2700 ton azdır. Qeyd etməliyəm ki, 2025-ci ildə əvvəlki illə müqayisədə kartofun əkin sahəsi 1800 hektar azalmışdır. Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illə müqayisədə 2025-ci ildə kartof istehsalının azalmasına səbəb əkin sahələrinin azalması olmuşdur.
-
Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalında 0,4 faiz artım göstərsə də, digər heyvandarlıq məhsullarının istehsalında azalma qeydə alıb. Belə ki, komitə bu ilin birinci ayında süd istehsalında 0,5 faiz, kərə yağı istehsalında 13,2 faiz, yumurta istehsalında isə 5,7 faiz azalma olduğunu göstərib.
-
İranın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracını müvəqqəti dayandırmasından sonra Bakı ölkənin ərzaq bazarında yeni bir çağırışla üzləşib. Bu addım Azərbaycanda daha çox aztəminatlı ailələr tərəfindən istehlak olunan ucuz məhsulların tədarükünü poza bilər.
-
Azərbaycan hökuməti 2018-ci ildə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nı qəbul etmişdir. Sənəddə qeyd edildiyi kimi, Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi və çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarət olmuşdur. Hökumət proqramda konkret olaraq hədəfləri də müəyyən etmişdir: “Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaqdır.” Dövlət Proqramının icra müddəti artıq 2025-ci ildə başa çatmışdır.
Gündəmdə
Rəy yaz