Yarım ildir ki, kartof davamlı olaraq bahalaşır. Nə etmək?
Kənd təsərrüfatı
-
Son illər Azərbaycanda soğan istehsalında ciddi artım müşahidə edilir. Bununla yanaşı, fermerlər məhsulun yetişdirilməsində, saxlanmasında və satışında ciddi çətinliklərlə qarşılaşırlar. Bu vəziyyət uzun illərdir ki, davam edir. Əldə edilən məhsulu saxlamaq üçün ölkədə anbarların sayı çox olsa da, anbarların bir çoxu kənd təsərrüfatı məhsullarının saxlanması üçün lazımi avadanlıqlarla təchiz olunmayıb. Bu səbəbdən də məhsulun bir hissəsi həmin anbarlarda xarab olur, çürüyür.
-
Kənd təsərrüfatı istehsalında mülayim artıma baxmayaraq, Azərbaycan ərzaq qiymətləri üzərində artan təzyiqlə üzləşir ki, bu da iqtisadiyyatın idxaldan davam edən asılılığını və daxili təklifin məhdud imkanlarını əks etdirir.
-
Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin üzərinə düşən əsas vəzifələrdəndir. Hökumətlər ərzaq məhsullarının istehsalını, paylanmasını, keyfiyyətini, tədarükünü tənzimləyir və dayanıqlığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirirlər. Ərzaq təhlükəsizliyi ölkənin əsas yeyinti məhsullarına və içməli suya olan ehtiyaclarının daxili istehsal hesabına təmin edilməsi, əlavə olaraq isə 20 faiz dövlət ehtiyatlarının yaradılması deməkdir.
-
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda yerləşən “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, kompleks təxminən 100 hektar ərazidə yaradılıb və burada 9000 baş heyvanın — 3200 baş südlük, 3000 baş ətlik mal-qara və 2800 baş buzovun saxlanılması üçün şərait mövcuddur. Hazırda kompleksdə Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən olan heyvanlar saxlanılır.
Gündəmdə
Rəy yaz