“Accessbank” 2,5 milyon dollarlıq istiqraz yerləşdirib
“Accessbank” 2,5 milyon dollarlıq istiqraz yerləşdirib
“Bakı Fond Birjası”nda (BFB) “Accessbank”ın AZ2006004280 ISIN kodlu, 2,5 milyon ABŞ dolları dəyərində, 18 ay tədavül müddətli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə BFB məlumat yayıb.
Məlumatda deyilir ki, nominal dəyəri 1 000 dollardan 2 500 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 2 investor 2,5 milyon dollarlıq 2 sifariş təqdim edib. Beləliklə, bütün istiqrazlar yerləşdirilib.
Qiymətli kağızlara illik 6% gəlirlilik vəd olunub. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital” investisiya şirkətidir.
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz