«Atabank» «Caspian Development Bank»a birləşsə, daha məntiqli olardı � Əkrəm Həsənov
Bakı/19.04.17/Turan: «Caspian Development Bank» «AtaBank»a birləşəndən sonar birinci üçüncü dəfədir adını dəyişir, deyə bank eksperti Əkrəm Həsənov «Facebook» səhifəsində yazıb.
O xatırladıb ki, «Caspian Development Bank» əvvəllər «Universal Bank», sonar «Kövsər» adlanıb.
«Bu bank əvvəlki öhdəliklərini icra etmir və bunu adını dəyişməsi ilə əsaslandırır. Yəqin indi də "AtaBank" deyəcək ki, "Caspian Development Bank"ın öhdəliklərinə görə məsul deyiləm, əmanətləri qaytarmıram, qarantiyaları ödəmirəm deyəcək, deyə Ə.Həsənov bildirib.
Ekspert hesab edir ki, bu bank ona görə formal olaraq «Atabank»a birləşir.
«Çünki reallıqda "Caspian Development Bank"ın vəziyyəti "AtaBank"dan daha yaxşıdır və böyük ehtimalla faktiki əksinə "AtaBank" ona qoşulur. Təsadüfi deyil ki, qoşulma nəticəsində Müşahidə Şurasının sədri məhz "Caspian Development Bank" tərəfdən olacaq. Müşahidə Şurasına kimin rəhbərlik etməsi isə əsas səhmdarın kimliyindən xəbər verir», deyə Ə. Həsənov bəyan edib.
Xatırladaq ki, iki bankın birləşməsi xəbərini «Atabank» yayıb. 71D
-
- İqtisadiyyat
- 19 Aprel 2017 12:59
-
- Maliyyə
- 19 Aprel 2017 13:33
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz